Qax sakini qidadan zəhərlənib. Bu barədə 8 may tarixində APA məlumat verib.
Məlumata görə, rayonunun Dəymədağlı kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Muradov zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
İlkin müayinənin nəticəsinə əsasən, onun göbələkdən zəhərləndiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.