Qaxda bıçaqlanma hadisəsi baş verib. Bu barədə oktyabrın 31-də APA xəbər yayıb.
Gecə saat bir radələrində rayonun Qaxbaş kənd sakini, 1982-ci il təvəllüdlü Ruslan Mustafayev qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
O, təcilli əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. R. Mustafayevin vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə Qax şəhəri ərazisində baş verib. R. Mustafayevi bıçaqlamaqda şübhəli bilinən Vüqar adlı şəxs hadisə yerindən qaçıb. Hazırda onun axtarışları davam edir.