Qax rayonunda çayxanada ölüm hadisəsi baş verib. Bu barədə 26 may tarixində Report məlumat verib.
Hadisə şəhər ərazisindəki çayxanalardan birində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1977-ci il təvəllüdlü İlham Adil oğlu Nəzərovun çayxanada çay içən zaman qəfildən halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının briqadası çağırılıb.
Amma o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, İlham Nəzərov Qax Uşaq İncəsənət məktəbində müəllim kimi çalışırdı.
Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.