Qax rayonunda 50 yaşlı kişi intihar edib. Bu barədə 23 may tarixində Report məlumat verib.
Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Habil Məhərrəm oğlu Faxrətov özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.