Qax rayonunda 70 yaşlı kişi itkin düşüb. Bu barədə 27 may tarixində Report məlumat verib.
Belə ki, Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Həsil oğlu Yusifovun itkin düşməsi barədə onun yaxınları Qax Rayon Polis Şöbəsinə məlumat veriblər.
D.Yusifov dünən axşam saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.