Qax rayonunda güclü külək məktəbin dam örtüyünü uçurub. Bu barədə 28 dekabr tarixində Report məlumat verib.
Hadisə rayonun Ağçay kəndində baş verib.
Güclü külək nəticəsində 120 şagird yerlik Ağçay kənd ümumi orta məktəbinin dam örtüyü qoparaq, məktəbin həyətinə düşüb. Hadisə dərs zamanı baş verib.
Xəsarət alan olmayıb.
[gallery link="file" size="full" ids="157005,157006,157007"]