Qax rayonunda itkin düşən şəxsin axtarışları davam edir.
Bu barədə İnsanoid bu gün, 27 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ötən gün rayonun Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə itkin düşən Qax rayonunun İlisu kənd sakini, 30 yaşlı Rəhman Kamallının axtarışları davam etdirilir.