Qax rayon sakini özünü bıçaqlayıb. Bu barədə APA 17 may tarixində xəbər verib.
20 yaşlı Qax şəhər sakini Vüsal Musayev üzərində gəzdirdiyi bıçaqla özünə xəsarət yetirib.
O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Vüsal Musayevin hadisəni sərxoş halda törətdiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.