Qax rayonunun Qaradolaq kənd sakini Süleyman Salmanova məxsus ev intensiv yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşüb.
Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 21 iyun tarixində xəbər verir.
Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Qaradolaq kənd sakini S.Salmanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
[caption id="attachment_119711" align="alignnone" width="696"]
Foto FHN-in rəsmi Youtube kanalı[/caption]