Mayın 18-də Qax rayonu ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Bu barədə 19 may tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Ləkit kənd bələdiyyəsinin sədri A.Sədrikazımov, Güllük kənd bələdiyyəsinin sədri F.Qumasov və Qum kənd bələdiyyəsinin sədri S.Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.