Qaxda “Heydər Əliyev İli” çərçivəsində ümumrayon iməciliyi keçirilib. Bu barədə Report 15 aprel tarixində xəbər verib.
“Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq aprelin 15-də Qax şəhəri ərazisində və rayonun kənd inzibati ərazi vahidlərində ümumrayon iməciliyi baş tutub.
Ümumrayon iməciliyində idarə, müəssisə və təşkilat kollektivləri, YAP fəalları və sakinlər fəal iştirak ediblər. Müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, yol kənarları alaq otlarından təmizlənib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.
Müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılıb, səliqə-sahman yaradılıb.
[caption id="attachment_112732" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]