Qax rayonunda minik və yük avtomobilləri toqquşub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 1 dekabr tarixində xəbər verir.
47 yaşlı Oğuz rayon sakini Rizvan Xəlilovun idarə etdiyi "Ford" və 23 yaşlı Zaqatala rayon sakini Elbəy Üzeyir oğlu İsmayılovun idarə etdiyi "Hyundai" markalı yük avtomobilləri ilə Qax rayon Qapıçay kənd sakini, 20 yaşlı Paşa Şuşanidzenin idarə etdiyi "Moskviç" markalı avtomobil toqquşub.
Hadisədən sonra "Moskviç" yoldan çıxaraq aşıb.
Qəzada "Moskviç" markalı avtomobilin sürücüsü, rayonun Qapıçay kənd sakini, Paşa Şuşanidze və həmkəndlisi, 37 yaşlı Şamil Şuşanidze xəsarət alıblar.