top
Qayınanası ilə dalaşıb, 2 uşaqla özünü binadan atdı - TƏFƏRRÜATLAR
10 yanvar 2024, 23:39
- ↺ +

Qayınanası ilə dalaşıb, 2 uşaqla özünü binadan atdı - TƏFƏRRÜATLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2022-ci il iyulun 18-də Kənar Dairəvi yol küçəsi, 8 ünvanında ölüm hadisəsinin baş verməsi barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olmuşdur. Bu barədə 11 yanvar tarixində Lent.az məlumat verib.

Həmin ünvandakı 28 saylı binanın 5-ci mərtəbəsində yaşayan 1997-ci il təvəllüdlü Aytən Abbasova qızları – 2019-cu il təvəllüdlü Sofiya və 2020-ci il təvəllüdlü Sara ilə birgə özünü pəncərədən atıb. Nəticədə Sara Abbasova hadisə yerində dünyasını dəyişib. Qadın və digər qızı Sofiya isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb. Amma bir müddət sonra ona “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə ittiham verilib.

İstintaqla müəyyən edilib ki, Aytən Abbasova iyulun 18-də ad gününü qeyd edən qayınanası Elmirə Abbasova ilə mübahisə edərək, qarşılıqlı dava zamanı bir-birinə zərbələr endiriblər. Bundan sonra Elmirə Abbasova Rusiyanın Yamalo-Nenets vilayətinin Noyabrsk şəhərində yaşayan oğlu Suslan Abbasova zəng edib, mübahisə etmələri barədə ona məlumat verib. Buna əsəbiləşən Suslan Abbasov arvadına zəng edərək tezliklə Bakıya qayıdacağını və onu cəzalandıracağını bildirib. Ərindən və qayınanasından qisas almağı düşünən Aytən Abbasova özünü uşaqları ilə birlikdə yaşadığı mənzildən yerə atmaqla övladlarını öldürmək qərarına gəlib. Saat 23:10-da yatmış vəziyyətdə olan uşaqlarını götürərək, onlarla birlikdə yataq otağının pəncərəsindən aşağı tullanıb.

İş üzrə dindirilmiş Aytən Abbasova bildirib ki, ailə quranadək Astara rayonunda valideynləri, bacısı və qardaşı ilə birlikdə yaşayıb. Qohumu Suslan Abbasovla aralarında sevgi münasibətləri yaranıb və 2017-ci ilin oktyabr ayında onlar evləniblər.

Amma nikahları qayınanası Elmirə Abbasovanın ürəyincə olmayıb, evləndikdən sonra bir müddət rayonda yaşayıblar. Mütəmadi maddi məsələlərə görə mübahisələri olub. Astarada yaşayarkən Suslan dövlət işindən çıxaraq, ticarətə qoşulub. Sonra əri və qayınanası ilə birlikdə qaynı Kamranın yanına, Rusiyayanın Noyabrsk şəhərinə köçüblər. Suslan orada kiçik meyvə-tərəvəz dükanı işlədib, qazandığı pullarla, əsasən, borclarını ödəyib. Daim maddi sıxıntıları olub, bu və müxtəlif məişət problemləri səbəbindən Aytənin qayınanası Elmirə ilə mübahisələri yaranıb.

Həmin gün Aytən mənzilə daxil olanda Elmirənin Rusiyada olan qızı Təranə ilə onun barəsində danışdıqlarını eşidib.

Qonaq otağına keçərək qayınanası və telefondan səsini eşidən qızı ilə mübahisə etməyə başlayıb. Qarşılıqlı olaraq bir-birlərini söyüblər. Qayınanası ilə mübahisə zamanı əlbəyaxa çəkişmələri də olub. Elmirə eyvana çıxaraq qonşuları köməyə çağırıb. “Gəlinim məni öldürür, mənə kömək edin” deyə qışqırıb. Bundan sonra yaşayış kompleksinin mühafizəçisi qapılarını döyərək, nə baş verdiyini soruşub, o isə problem olmadığını deyərək qapını örtüb.

Aytən Abbasova əlavə edib ki, aprelin 27-də «İnşaatçılar» metro stansiyasına düşərək, qızları ilə özünü qatarın altına atıb, intihar etmək istəyib. Lakin sonra fikrindən daşınıb.

Məhkəmə iclasında Aytən Abbasova törətdiyi əməli qismən etiraf edərək göstərib ki, iyulun 18-də səhər həyat yoldaşı ilə dalaşıb və sonra uşaqlarını həkimə aparıb. Övladları ilə birgə özünü pəncərədən atması yadında deyil. Onun 2 qızı hazırda sağdır. İstintaqda nə danışdığını xatırlamır.

Məhkəmə hesab edib ki, Aytən Abbasova Cinayət Məcəlləsinin 120.2.4-sü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29,120.2.4, 29,120.2.7-ci və 29,120.2.9-cu (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən, Aytən Abbasova cinayət məsuliyyətindən və cəzadan azad edilib. Barəsində tibbi xarakterli məcburi müalicə təyin edilməklə o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər