Qazaxda yeniyetmə qızılcadan dünyasını dəyişib. Bu barədə 19 yanvar tarixində APA məlumat verib.
Hadisə rayonun Hüseyinbəyli kəndində qeydə alınıb.
Kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə xəstəxanalarından birinə aparılıb.
Yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övladını Bakıya aparmaq qərarına gəlib. Yeniyetmə yolda vəfat edib.
Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxmuşdu.