Qazaxda məktəbli, Gəncədə gənc qız itkin düşüb. Bu barədə Report 3 noyabr tarixində xəbər verib.
38 yaşlı Gəncə şəhər sakini Samirə Eyyubova polisə müraciət edərək qızı - 16 yaşlı Nurcan Eyyubovanın noyabrın 1-də yaşadığı evdən çıxıb, naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.
13 yaşlı Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin yeddinci sinif şagirdi olan Hüseynova Gülxanım Vüqar qızı noyabrın 2-də oxuduğu məktəbdə sinif rəhbərindən baş ağrısının olması səbəbindən yaşadığı evə getmək adı ilə icazə alıb. Lakin o, dərsdən çıxıb gedərək, evə qayıtmayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.