Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Oxu.az 13 may tarixində xəbər verib.
Qanunsuz olaraq satış məqsədilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Müşfiq Qasımov saxlanılıb.
Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 440 qram heroin, 570 qram marixuana, tramadol həbi, bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
M.Qasımov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədilə gətirdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
[caption id="attachment_115893" align="alignnone" width="696"]
Foto Oxu.az saytı[/caption]