Qazaxda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə 25 iyul tarixində Report xəbər verib.
57 yaşlı Tahir Heydərov iki avtomobilin toqquşması nəticəsində qapalı kəllə-beyin travması alıb.
Yaralı əvvəlcə Qazax şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Daha sonra vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.