Bakıda yol qəzası nəticəsində Qazaxıstan vətəndaşı ölüb. Bu barədə Report 30 noyabr tarixində xəbər verib.
34 yaşlı Bakı şəhər sakini Mərdan Əhmədov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə piyada zolağından yolu keçən 64 yaşlı Nübar Kuliyevanı vurub.
Piyada almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.