Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələ nəticəsində 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə İnsanoid yerli KİV-lərə istinadən bu gün, 23 yanvar tarixində xəbər verir.
Almatı Səhiyyə İdarəsinin məlumatına görə, onlardan üçü binaların ikinci və üçüncü mərtəbələrinin pəncərələrindən tullanaraq xəsarət alıb.
"Yanvarın 23-də saat 03:00-da (Bakı vaxtı ilə saat 00:00) Almatıda baş vermiş zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb. Onların hamısı dərhal şəhər xəstəxanalarına çatdırılıb. Üç nəfər isə yaşayış binalarının 2-ci və 3-cü mərtəbələrindən tullanarkən xəsarət alıb”, - mətbuat xidmətinin məlumatında bildirilir.
10 uşağa tibbi yardım göstərilib. Onlardan 5-i xəstəxanaya yerləşdirilib, yerdə qalanlar ambulator müalicəyə göndəriliblər.
Zəlzələnin dərinliyi 65 kilometr dərinlikdə yerləşib.