Şuşada keçiriləcək “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər. Bu barədə 21 iyul tarixində Report xəbər verib.
İştirakçılar Şuşaya yola düşüblər.
Milli Mətbuat Günü münasibətilə keçiriləcək tədbirdə ümumilikdə 250-dən çox qonaq iştirak edəcək.
Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular müzakirə olunacaq.
Forum iyulun 23-ü axşama gədər davam edəcək.