Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub. Bu barədə 22 may tarixində APA məlumat verib.
Bu gün hadisə nəticəsində dünyasını dəyişən iki nəfər - 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gəlirlərmiş. Qəzada ölən 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova Əmrah Nuriyevin bacısı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır.
Məlumata əsasən, qəzada ölənlərdən 3-ü bir ailənin üzvləridir. Onlardan 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olublar. Qəzada ölən azyaşlı isə onların övladıdır.
[gallery link="file" size="full" columns="2" ids="116630,116631"]