Rusiyanın paytaxtı Moskvadakı Azərbaycan əsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib. Bu barədə Oxu.az 13 iyun tarixində xəbər verib.
Rusiya Fövqəladə Hallar Nazirliyi insidentlə bağlı hər hansı məlumat verməyib. Hadisə şahidlərinin məlumatına görə, yanğın bazardakı pavilyonlardan birində baş verib.
Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.
Hələlik Rusiya Fövqəladə Hallar Nazirliyi insidentlə əlaqədar hər hansı bir məlumat verməyib. Hadisə şahidlərinin məlumatına görə, yanğın bazardakı pavilyonlardan birində baş verib.