Avqustun 14-də yerli vaxtla saat 00:08-də Quba rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə 14 avqust tarixində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələnin ocağı 47 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.