Quba rayonu, Sumqayıt şəhəri və Bakının Xəzər, Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 10 iyun tarixində məlumat verir.
Quba rayonunun Dağlı və Nügədi kəndləri, həmçinin Sumqayıt şəhəri, Xəzər və Qaradağ rayonlarını təbii qazla təmin edən xətlər üzərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan zaman Quba rayonu (37 kənd), Xəzər rayonu (Türkan kəndi, Türkan qəsəbəsi), Qaradağ rayonu (Puta qəsəbəsi) və Sumqayıt şəhərinin (Stansiya Sumqayıt ərazisi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.