Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə yeniyetmə batıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 4 iyun tarixində məlumat verir.
Batan 12 yaşlı yeniyetmənin meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirliyin məlumatında bildirilir ki, iyun ayının 3-də Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci il təvəllüdlü Yusif Ələsgərovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.