Qubada intihar hadisəsi baş verib. Bu barədə Report 22 iyul tarixində xəbər verib.
Rayonun Muçu kəndində 18 yaşlı Adgözəl Camərdov yaşadıqları evin həyətində olan və dülgər sexi kimi istifadə olunan tikilinin tavanından özünü kəndirlə asaraq intihar edib.
Onun meyitini anası aşkarlayıb.
Faktla bağlı araşdırma aparılır.
A.Camərdov Şirvan Dövlət Humanitar Kollecinin 3-cü kurs tələbəsi olub.