Qubada atasını balta ilə qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə 11 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə 2021-ci ilin iyunun 9-da Quba rayonu Sofikənd kəndində qeydə alınıb. Bildirilib ki, təqsirləndirilən şəxs atası ilə aralarında yaranan mübahisə zamanı balta ilə atasının sinə və baş nahiyəsinə xəsarətlər yetirərək onu öldürüb.
Onun barəsində “qəsdən adam öldürmə” maddəsilə ittiham irəli sürülüb.