Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 2 fevral tarixində xəbər verir.
Şəmkir rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.
Həmin şəxsin üzərindən satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat və narkotik vasitə olan marixuana aşkar edilərək müsadirə edilib.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rasim Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.