Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən silsilə oğurluq hadisələrinə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 6 fevral tarixində xəbər verir.
Oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Elvin Məmmədov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin Quba rayonu ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, eləcə də tanımadığı şəxsə məxsus tövlədən 6 baş xırdabuynuzlu heyvan oğurlaması müəyyən edilib.
Həmçinin saxlanıldıqda E.Məmmədovun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Elvin Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.