Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub. Bu barədə Qafqazinfo 15 aprel tarixində xəbər verib.
Quba Rayon Polis Şöbəsi tərəfindən axtarışa verilən 39 yaşlı Zamik Haşımov Belarusda saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.
Bildirilir ki, Z.Haşımov Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və israf etmə) maddəsi ilə ittiham edilib. Onun ölkədən getməsi müəyyən edildiyi üçün barəsində beynəlxalq axtarış elan edilib.