top
Qubada bələdiyyə sədri ilə icra nümayəndəsi arasında borc qalmaqalı yaranıb
11 dekabr 2023, 07:23
- ↺ +

Qubada bələdiyyə sədri ilə icra nümayəndəsi arasında borc qalmaqalı yaranıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunda icra nümayəndəsi ilə bələdiyyə sədri arasında borc qalmaqalı yaranıb. Bu barədə Report 11 dekabr tarixində xəbər verib.

Quba rayonunun Digah - Xucbala bələdiyyəsinin sədri Veysəl Əhmədov Quba Rayon İcra Hakimiyyəti başçısının Xucbala kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi Piroğlan Abdullayev barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı rəsmi xəbərdarlıq edib.

Buna səbəb icra nümayəndəsinin bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsinin icarəhaqqını ödəməməsidir.

İcra nümayəndəsi P.Abdullayev 2020-2023-cü illər ərzində 7 hektar torpaq sahəsi üçün icarəhaqqını ödəmədiyi üçün 2800 manat məbləğində borc yığılıb. P.Abdullayev borcu ödəməkdən yayındığı üçün bələdiyyə sədri ona rəsmi xəbərdarlıq göndərib və borc ödənməzsə, qanunvericiliyə uyğun şəkildə məhkəməyə müraciət ediləcəyini bildirib.

Məsələ ilə bağlı Digah - Xucbala bələdiyyəsinin sədri Veysəl Əhmədov məktubunu icra nümayəndəsi Piroğlan Abdullayevə göndərdiyini təsdiq edib. Lakin o, əlavə məlumat verməkdən imtina edib.

Bir neçə cəhddən sonra Xucbala kənd İƏD üzrə nümayəndə Piroğlan Abdullayevlə də əlaqə yaratmaq mümkün olub. İcra nümayəndəsi kobud və qeyri-etik formada bildirib ki, bu, bələdiyyə sədri ilə onun arasında olan məsələdir: "Bu problemin heç kimə aidiyyəti yoxdur. Heç sizə də aid deyil. Bələdiyyə sədrinin əlində müvafiq səlahiyyət var. Özü bilər, ürəyi istəyirsə, məni məhkəməyə versin. Allah canını sağ etsin! Bu məsələ bizim öz aramızdadır".

Hüquqşünas Hümmət Əliyev isə bu cür hallarla bağlı bildirib ki, "Dövlət qulluğu haqqında" qanuna görə dövlət qulluqçusu biznes fəaliyyəti ilə məşğul ola bilməz.

"Bu, bütün dövlət qulluqçularına aiddir. Bələdiyyədən icarə məqsədi ilə götürülən topraq sahəsində hər hansı fəaliyyətin həyata keçirilməsi biznes və sahibkarlıqla məşğul olmaq deməkdir. Heç bir halda yol verilməməlidir ki, dövlət qulluğunda çalışan şəxs paralel olaraq, biznes fəaliyyəti ilə məşğul olsun. Əks-halda, bu, onun dövlət qulluğunda olan imkanlarından sui-istifadə etməsinə və qeyri-bərabər vəziyyətin yaranmasına gətirib çıxara bilər", - o vurğulayıb.

H.Əliyev əlavə edib ki, dövlət qulluğunda çalışan şəxsin açıq-aşkar biznes fəaliyyəti ilə məşğul olması təsdiqlənərsə, o, ikisindən birini seçməlidir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər