Qubada ev yanıb, tüstüdən zəhərlənən var. Bu barədə 6 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Quba şəhərində ümumi sahəsi 120 kvadratmetr olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 kvadratmetr sahədə qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər (yataq xəstəsi) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.