Quba rayonunun Qamqam kəndində “BAЗ” və “Baic” markalı iki minik avtomobili toqquşub.
Bu barədə 13 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qeyd olunub ki, nəticədə “BAЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub, yanğın söndürülüb.