Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 14 iyul tarixində xəbər verir.
Qubada kafedən 2 580 manat pul və 4 ədəd bank kartını oğurlamaqda şübhəli bilinən həmin obyektin işçisi, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.