Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində avtomat və narkotik gəzdirən Boris Asmolov saxlanılıb.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 22 yanvar tarixində xəbər verir.
Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.
Bundan başqa həmin şəxsin üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Boris Asmolov barəsində həbs qətimkan tədbiri seçilib.