Azərbaycanda rüşvətə görə tutulan vəzifəli şəxslərə bəraət verilib. Bu barədə martın 16-da Report məlumat yayıb.
Belə ki, məhkəmədə Daşkəsən rayonunun Xoşbulaq bələdiyyəsinin sabiq əməkdaşları Rasim Allahverdiyev, Vüqar Məmmədov və Şahbaz Mehdiyevə hökm oxunub. Allahverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib, digər iki şəxsə isə bəraət verilib.
Qeyd edək ki, hər üç vətəndaş 2021-ci ilin fevralında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onlar əlbir olaraq 25 min 400 manat pulu rüşvət qismində alıblar.
Sözügedən şəxslər Cinayət Məcəlləsinin 5 maddəsilə ittiham ediliblər.