Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək.
Bu barədə 9 iyun tarixində Report Türkiyə KİV-yə istinadən məlumat verib.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.
Xatırladaq ki, bu il mayın 28-də Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib.