"Türkiyənin Şuşada Baş Konsulluğunu istədiyiniz vaxt açmağa hazırıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
Bu barədə 13 iyun tarixində Report məlumat verib.
"İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq", - Türkiyə lideri bildirib.