Bakıda İran vətəndaşının törətdiyi yol qəzasında 3 nəfər ölüb. Bu barədə martın 16-da APA Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə martın 15-də Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, 39 yaşlı İran vətəndaşının idarə etdiyi yük avtomobili mikroavtobusla toqquşub. Nəticədə mikroavtobusun 3 sərnişini hadisə yerində ölüb, sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı istintaq aparılır.