İrandan Azərbaycana qanunsuz yolla siqaretlərin gətirilməsinin qarşısı alınıb. Bu barədə aprelin 11-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Biləsuvar gömrük postunda İrandan gələn 2 yük nəqliyyat vasitəsi saxlanılıb və baxış keçirilib.
Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində 7 600 ədəd “Manchester” markalı siqaret aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.