Noyabrın 11-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Samux, Daşkəsən, Göygöl, Xocalı, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarının, həmçinin Gəncə və Naftalan şəhərlərinin sakinlərini qəbul edəcək. Bu barədə 2 noyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.
Qəbul saat 10:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Hummel küçəsi, 2 ünvanında) keçiriləcək.
Vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya-radio yayımı və poçt xidmətləri ilə bağlı sualları cavablandırılacaq.
Qəbula yazılmaq istəyənlər noyabrın 10-na qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət edə bilərlər.