"Bolt" şirkətinin Prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirdik". Bu haqda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Twitter hesabında paylaşım edib.
“Bakı şəhərinin taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planlarımızı müzakirə etdik. Ekoloji təmiz, keyfiyyətli və dayanıqlı taksi xidmətinin təşkilində aqreqatorların rolu haqqında fikir mübadiləsi apardıq”, – deyə nazir bildirib.
"Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirdik. Bakı şəhərinin taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planlarımızı müzakirə etdik.
— Rashad Nabiyev (@RashadNNabiyev) June 19, 2023