Rasim Əhməd oğlu Balayev “İstiqlal” ordeni ilə təltif edilib.
Bununla bağlı 7 avqust tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Sabah aktyorun 75 yaşı tamam olur.