Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev azadlığa buraxılıb. Qərar martın 16-da Bakı Apellyasiya Məhkəməsində elan olunub.
Qərara əsasən, Rasim Quliyevin cəzası dəyişərək 2 il müddətinə şərti hesab olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.
O, 3 il müddətinə azadlıqdan məhrum olunmuşdu.