“Fransa tərəfi yaxşı bilir ki, erməni sakinlərin, həqiqətən, gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycan tərəfi Ağdam-Xankəndi və digər alternativ yollar təklif edib. Avropa İttifaqı və BQXK-nın bu yollardan istifadəyə dəstək verməsinə baxmayaraq, Fransa tərəfinin Ermənistanın manipulyasiyalarına uyaraq, bu razılaşmalara dəstək verməməsi təəssüf doğurur”.
Bu barədə 16 avqust tarixində Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycanın ərazilərindən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə əsl maneə olduğunu da Fransa tərəfinə xatırlatmaq yerinə düşər”, - bəyanatda bildirilib.