Rəsmi Bakı Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardım göndərib. Bu barədə Report 29 avqust tarixində xəbər verib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanın sözlərinə görə, ilkin mərhələdə 40 ton un məmulatları göndəriləcək:
“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların ehtiyacı olduqları digər ləvazimatları da çatdıra bilərik”.