Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 24 yanvar tarixində məlumat verir.
Gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17°, gündüz 2-7° şaxta olacaq.
Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.