Model Raziyyat Əliyevanı döyməkdə ittiham olunan Ziya Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə 30 dekabr tarixində APA məlumat yayıb.
İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının Ziya tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələri ilə ittiham olunur.