"Real" klubunun futbolçusu Rodriqo "Atletiko"ya qarşı keçirəcəkləri İspaniya Kubokunun 1/8 final oyununu buraxa bilər. Bu barədə Report 18 yanvar tarixində xəbər verib.
23 yaşlı hücumçu görüşdən əvvəl komanda ilə məşqdə iştirak etməyib.
Braziliyalı oyunçu idman zalında fərdi şəkildə çalışıb.
Bu gecə təşkil olunacaq "Atletiko" - "Real" matçı Bakı vaxtı ilə saat 00:30-da başlayacaq. Rodriqo cari mövsümdə Madrid təmsilçisinin heyətində 28 oyunda iştirak edib, 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.