Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərlə bağlı məhkəmə qərarı elan olunub. Bu haqda aprelin 6-da APA məlumat yayıb.
R. Əliyevanı şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla hədələyən Xudaverdi Mütəllimov və İntiqam Səmədov saxlanılıblar.
Onlara Cinayət Məcəlləsinin “hədə-qorxu ilə tələb etmə” maddəsilə ittiham verilib. Hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.